Dərs saatlarından əlavə təşkil olunan Lab günlərində təlimçi və mentorlarla birlikdə öyrəndiklərini real tapşırıqlarla tətbiq edəcəksən. Nəzəriyyə ilə təcrübənin sintez olunduğu bu proses səni iş həyatına bir addım daha yaxınlaşdırır.
Kiber Təhlükəsizlik sahəsi rəqəmsal sistemləri, şəbəkələri və məlumatları kiberhücumlardan və icazəsiz girişdən qorumağa xidmət edir. Bu, məlumatların məxfiliyini, bütövlüyünü və əlçatanlığını təmin edən həyati bir prosesdir. Təhlükəsizlik mütəxəssisləri müasir rəqəmsal aktivlərin dayanıqlığını və etibarlılığını təmin etmək üçün qabaqcıl strategiyalar tətbiq edirlər.

Dərs saatlarından əlavə təşkil olunan Lab günlərində təlimçi və mentorlarla birlikdə öyrəndiklərini real tapşırıqlarla tətbiq edəcəksən. Nəzəriyyə ilə təcrübənin sintez olunduğu bu proses səni iş həyatına bir addım daha yaxınlaşdırır.
Təhsilin sonunda yerinə yetirəcəyin buraxılış işi, Texnoera Academy-də qazandığın biliklərin tətbiqi və təqdimatı üçün əsas mərhələdir. Bu layihə həm portfolionu zənginləşdirəcək, həm də gələcək karyera yolunda sənə önəmli üstünlük qazandıracaq.
Tədrisi uğurla bitirən tələbələrimiz birbaşa əməkdaşlıq etdiyimiz şirkətlərə yönləndirilir. Həmçinin, tədris boyu CV və texniki müsahibələrə xüsusi hazırlıq prosesi aparılır. Bu dəstək sizi iş bazarına tam hazır çıxarır və karyeranızda ilk qətiyyətli addımları atmağa zəmanət verir.
Tədrisə qoşularaq siz tələbə icmasının üstünlüklərindən faydalana bilirsiniz. Tədrisdən əlavə, yarışlar, oyunlar və netvorkinq tədbirləri vasitəsilə özünüzü fasiləsiz inkişaf etdirirsiniz. Siz bu icmada peşəkar əlaqələr quraraq gələcək uğurunuz üçün bütün imkanları təmin edirsiniz.
Bütün layihə və tapşırıqlar təlimçilər tərəfindən qiymətləndirilir və nəticələr rəsmi transkriptə daxil edilir. Tədrisi uğurla bitirənlər diplom alır. Bu sənəd bilik və bacarıqları rəsmi şəkildə təsdiqləyir və iş müraciətlərində mühüm rol oynayır.
Tədris proqramımız həm yerli, həm də beynəlxalq şirkətlərin iş proseslərini və tələblərini nəzərə alaraq hazırlanmışdır. Sillabus, sahədə qəbul edilmiş müasir yanaşmaları və qabaqcıl texnologiyaları özündə birləşdirir.
Sıfırdan başlayaraq İT, Şəbəkə və hücumyönümlü kibertəhlükəsizlik (Red Team) əsaslarını dərindən mənimsəyəcəksiniz. Tədris boyunca veb tətbiqlər (OWASP), şəbəkə protokolları və Active Directory mühitlərində zəiflikləri aşkar etməyi öyrənəcəksiniz. Əsas məqsədimiz sizi real kiberhücumları simulyasiya edən peşəkar Ethical Hacker kimi formalaşdırmaqdır.
6.5 ay
148 saat
148 saat
Modul 1.
İT Əsasları və Əməliyyat Sistemləri
İT əsasları, kompüter hardware və virtualizasiya texnologiyaları, əməliyyat sistemlərinin (OS) quraşdırılması, fayl sistemləri və ilkin Active Directory (Domain Controller) idarəetməsi.
Modul 2.
Kompüter Şəbəkələri (Network) və Təhlükəsizlik
OSI və TCP/IP modelləri, IPv4/IPv6 Subnetting, Switching və Routing (OSPF, EIGRP) konseptləri, həmçinin Firewall, VPN və şəbəkə təhlükəsizliyi əsasları.
Modul 3.
Kibertəhlükəsizliyə Giriş və Linux Əsasları
Kibertəhlükəsizliyə giriş (CIA Triadı, Cyber Kill Chain), Reconnaissance (kəşfiyyat) metodları, Linux CLI əmrləri və fayl icazələrinin (SUID, Cron Jobs) idarə edilməsi.
Modul 4.
Şəbəkə İstismarı və Sistemlərə Hücum
Simmetrik/Asimmetrik kriptoqrafiya, Metasploit və SSH tunneling ilə şəbəkə zəifliklərinin istismarı, həmçinin Linux Privilege Escalation (GTFOBins) texnikaları.
Modul 5.
Veb Tətbiqetmələrin Təhlükəsizliyi (Web Hacking)
OWASP zəiflikləri, Burp Suite istifadəsi, XSS, SQL Injection, File Upload, Command Injection, IDOR və SSRF kimi veb tətbiq hücumlarının aşkarlanması və istismarı.
Modul 6.
Active Directory (AD) Penetration Testing
Active Directory (AD) strukturu, GPO, Kerberos konfiqurasiyaları, PtH hücumları, Lateral Movement və Zero Trust yanaşması ilə AD təhlükəsizlik strategiyaları.
Modul 7.
Yekun layihə və karyera hazırlığı
Diplom müdafiə üçün yekun layihə çərçivəsində tədris boyu öyrənilmiş hücum texnikalarının (Red Team) və zəifliklərin aşkarlanması prosesinin real simulyasiyasının həyata keçirilməsi.