Dərs saatlarından əlavə təşkil olunan Lab günlərində təlimçi və mentorlarla birlikdə öyrəndiklərini real tapşırıqlarla tətbiq edəcəksən. Nəzəriyyə ilə təcrübənin sintez olunduğu bu proses səni iş həyatına bir addım daha yaxınlaşdırır.
Digital Marketinq, məhsul və xidmətlərin elektron kanallar (İnternet, mobil cihazlar, sosial media) vasitəsilə hədəf kütləyə çatdırılması və satışların artırılması prosesidir. Bu sahə şirkətlərə marketinq fəaliyyətlərini dəqiq ölçməyə, analitik nəticələrə əsaslanaraq strategiyaları optimallaşdırmağa və hədəf auditoriya ilə birbaşa əlaqə qurmağa imkan verir. Bu, müasir biznesin rəqəmsal dünyada uğur qazanması üçün əvəzolunmaz bir sahədir.

Dərs saatlarından əlavə təşkil olunan Lab günlərində təlimçi və mentorlarla birlikdə öyrəndiklərini real tapşırıqlarla tətbiq edəcəksən. Nəzəriyyə ilə təcrübənin sintez olunduğu bu proses səni iş həyatına bir addım daha yaxınlaşdırır.
Təhsilin sonunda yerinə yetirəcəyin buraxılış işi, Texnoera Academy-də qazandığın biliklərin tətbiqi və təqdimatı üçün əsas mərhələdir. Bu layihə həm portfolionu zənginləşdirəcək, həm də gələcək karyera yolunda sənə önəmli üstünlük qazandıracaq.
Tədrisi uğurla bitirən tələbələrimiz birbaşa əməkdaşlıq etdiyimiz şirkətlərə yönləndirilir. Həmçinin, tədris boyu CV və texniki müsahibələrə xüsusi hazırlıq prosesi aparılır. Bu dəstək sizi iş bazarına tam hazır çıxarır və karyeranızda ilk qətiyyətli addımları atmağa zəmanət verir.
Tədrisə qoşularaq siz tələbə icmasının üstünlüklərindən faydalana bilirsiniz. Tədrisdən əlavə, yarışlar, oyunlar və netvorkinq tədbirləri vasitəsilə özünüzü fasiləsiz inkişaf etdirirsiniz. Siz bu icmada peşəkar əlaqələr quraraq gələcək uğurunuz üçün bütün imkanları təmin edirsiniz.
Bütün layihə və tapşırıqlar təlimçilər tərəfindən qiymətləndirilir və nəticələr rəsmi transkriptə daxil edilir. Tədrisi uğurla bitirənlər diplom alır. Bu sənəd bilik və bacarıqları rəsmi şəkildə təsdiqləyir və iş müraciətlərində mühüm rol oynayır.
Tədris proqramımız həm yerli, həm də beynəlxalq şirkətlərin iş proseslərini və tələblərini nəzərə alaraq hazırlanmışdır. Sillabus, sahədə qəbul edilmiş müasir yanaşmaları və qabaqcıl texnologiyaları özündə birləşdirir.
Bu proqramda ardıcıl olaraq Kontent, İnfluencer, E-mail marketinqi, SMM, SEM və SEO modullarını praktik şəkildə mənimsəyəcəksiniz. Təlimin əsas məqsədi sizə sadəcə alətlərdən istifadəni öyrətmək deyil, məlumatlara əsaslanan effektiv strategiyalar quraraq biznesin gəlirliliyini artıran ixtisaslaşmış rəqəmsal marketinq peşəkarı kimi formalaşdırmaqdır.
5 ay
112 saat
112 saat
Modul 1.
Kontent Kopiraytinq və Kreativ Strategiyalar
Kopirayter kimdir, kontent necə yaradılır, kreativ kontentin Sosial Mediada tətbiqi . Sözün satış gücü, qlobal yaradıcılığa baxış və analizlər.
Modul 2.
Ödənişli Kampaniyalar (Meta və Google Ads)
Meta ADS: Business Manager, Reklam məqsədləri, Hədəfləmə, Retargeting, Pixel Setup, Conversion API . Google Ads (SEM): Hesab strukturu, Keyword Research, Search və Display kampaniyaları, PMax və Remarketing .
Modul 3.
Digital Analytics (GTM, GA4) və Digər Platformalar
Digital Tracking & Analysis (GTM & GA4): Google Tag Manager əsasları, Event və conversion tracking . Google Analytics 4 (GA4) setup və veb sayt trafiki analizi . Digər Platformalar: LinkedIn Ads və TikTok Ads əsasları və satış funnel strategiyaları .
Modul 4.
Axtarış Mühərriki Optimizasiyası (SEO)
Veb saytın təməl optimizasiyası (Veb dizayn, Hosting, domen) . SEO-ya Giriş (Mahiyyət və məqsəd). Üç əsas SEO növü (On-Page, Off-Page, Texniki SEO) . Açar sözlərin tapılması və analizi və On-Page texnikaları (Meta teqlər, URL, Daxili linkləmə) .