Texnoera Academy texnologiyanın və rəqəmsal transformasiyanın sürətlə inkişaf etdiyi dövrdə, sektorun real ehtiyaclarına cavab verən ixtisaslı kadrlar yetişdirməyi qarşısına məqsəd qoyan qabaqcıl təhsil mərkəzidir.
Akademiyamızın tədris yanaşması qlobal standartlara əsaslanır və nəzəri biliklərin real iş mühitinə effektiv şəkildə inteqrasiyasını təmin edir. Bu yanaşma tələbələrin yalnız bilik əldə etməsini deyil, eyni zamanda praktik bacarıqlar qazanmasını hədəfləyir.
Uğurumuz rəqəmlərdə də öz əksini tapır. 5 il ərzində 2000-dən çox tələbə məzun etmişik və onların 73%-i qısa müddət ərzində yerli və beynəlxalq texnologiya şirkətlərində işlə təmin olunub. Bəzi məzunlarımız isə investisiya cəlb edərək öz startaplarını qurub və sahibkarlıq yoluna addım atıblar.
Texnoera Academy-də tədris prosesi Project-Based Learning (layihə əsaslı öyrənmə) metodologiyasına əsaslanır. Tələbələr real biznes senariləri üzərində işləyir, sənaye mütəxəssislərindən ibarət mentor heyətindən davamlı dəstək alır və məzun olduqları anda iş mühitinə tam hazır vəziyyətdə olurlar.


