Dərs saatlarından əlavə təşkil olunan Lab günlərində təlimçi və mentorlarla birlikdə öyrəndiklərini real tapşırıqlarla tətbiq edəcəksən. Nəzəriyyə ilə təcrübənin sintez olunduğu bu proses səni iş həyatına bir addım daha yaxınlaşdırır.
rontend proqramlaşdırma — veb saytın və ya tətbiqin istifadəçiyə görünən hissəsini kod vasitəsilə qurmaq prosesidir. Bu sahə dizaynın funksional hala gətirilməsi, interfeysin işlək olması və istifadəçinin rahat şəkildə saytdan yararlana bilməsini təmin edir. Yəni frontend proqramlaşdırma saytın həm görünüşünü, həm də funksionallığını formalaşdırır.

Dərs saatlarından əlavə təşkil olunan Lab günlərində təlimçi və mentorlarla birlikdə öyrəndiklərini real tapşırıqlarla tətbiq edəcəksən. Nəzəriyyə ilə təcrübənin sintez olunduğu bu proses səni iş həyatına bir addım daha yaxınlaşdırır.
Təhsilin sonunda yerinə yetirəcəyin buraxılış işi, Texnoera Academy-də qazandığın biliklərin tətbiqi və təqdimatı üçün əsas mərhələdir. Bu layihə həm portfolionu zənginləşdirəcək, həm də gələcək karyera yolunda sənə önəmli üstünlük qazandıracaq.
Tədrisi uğurla bitirən tələbələrimiz birbaşa əməkdaşlıq etdiyimiz şirkətlərə yönləndirilir. Həmçinin, tədris boyu CV və texniki müsahibələrə xüsusi hazırlıq prosesi aparılır. Bu dəstək sizi iş bazarına tam hazır çıxarır və karyeranızda ilk qətiyyətli addımları atmağa zəmanət verir.
Tədrisə qoşularaq siz tələbə icmasının üstünlüklərindən faydalana bilirsiniz. Tədrisdən əlavə, yarışlar, oyunlar və netvorkinq tədbirləri vasitəsilə özünüzü fasiləsiz inkişaf etdirirsiniz. Siz bu icmada peşəkar əlaqələr quraraq gələcək uğurunuz üçün bütün imkanları təmin edirsiniz.
Bütün layihə və tapşırıqlar təlimçilər tərəfindən qiymətləndirilir və nəticələr rəsmi transkriptə daxil edilir. Tədrisi uğurla bitirənlər diplom alır. Bu sənəd bilik və bacarıqları rəsmi şəkildə təsdiqləyir və iş müraciətlərində mühüm rol oynayır.
Tədris proqramımız həm yerli, həm də beynəlxalq şirkətlərin iş proseslərini və tələblərini nəzərə alaraq hazırlanmışdır. Sillabus, sahədə qəbul edilmiş müasir yanaşmaları və qabaqcıl texnologiyaları özündə birləşdirir.
Bu proqram çərçivəsində siz HTML, CSS və Tailwind CSS ilə müasir veb səhifələr tərtib etməyi, JavaScript və TypeScript ilə saytın dinamik funksionallığını kodlamağı öyrənəcəksiniz. Bununla yanaşı, React.js və Next.js vasitəsilə mürəkkəb interfeyslər qurmağı, Backend API-ları ilə inteqrasiya yaratmağı və Git alətləri ilə real portfel layihələri hazırlamağı mənimsəyəcəksiniz.
5 ay
120 saat
120 saat
Modul 1.
Frontend-ə giriş, HTML/CSS və UI prinsipləri
Veb inkişafında frontend-in rolu, HTML strukturu, CSS Layout (Flexbox, Grid), Responsiv dizayn (Mobile-first) və istifadəçi təcrübəsi (UX/UI) prinsipləri .
Modul 2.
JavaScript əsasları və Dinamik Veb Səhifələr
JavaScript dilinin təməlləri, funksiyalar, DOM manipulyasiyası, Brauzer API-ləri və asinxron proqramlaşdırma (fetch, async/await) vasitəsilə dinamik səhifələrin yaradılması .
Modul 3.
JavaScript Framework-ləri: React və TypeScript
Component əsaslı inkişaf prinsipləri, React.js və TypeScript əsasları, State/Props mexanizmi, Event Handling və React Router ilə naviqasiya .
Modul 4.
Git Versiya Nəzarəti və Prototip Hazırlanması
Git və GitHub ilə komanda işi (Agile, Scrum), Branch idarəetməsi, həmçinin Figma vasitəsilə prototiplərin koda çevrilməsi (Pixel Perfect)
Modul 5.
Performans Optimizasiyası və SEO
Kod optimizasiyası, səhifə yükləmə sürətinin artırılması, əsas SEO praktikaları (Meta Tags, Mobile Optimization) və Google Lighthouse istifadəsi .
Modul 6.
Yekun layihə və karyera hazırlığı
Diplom müdafiəsi üçün tam işlək responsiv vebsayt hazırlanması, portfolio, CV və LinkedIn profilinin optimizasiyası .